Döyüş İdmanı · APA Sport
Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub

Azərbaycanın 17 yaşadək oğlan boksçulardan ibarət millisi Monteneqronun Budva şəhərində keçirilmiş Avropa çempionatında üçüncü yeri tutub.
Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
Yığma buna 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanmaqla nail olub.
Millimiz oğlan və qızların ümumi komanda hesabında isə dördüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan boksçuları Avropa çempionatında ümumilikdə 2 qızıl, 3 gümüş və 3 bürünc medala yiyələnib.
Məhəmmədəli İstamov (57 kq), Cəmilə Muradlı (57 kq) qızıl, Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.