Digər · APA Sport
Kristian Avramın yeni klubu bəlli oldu

“Araz-Naxçıvan”dan ayrıldıqdan sonra ölkəsində “Petrokub”la anlaşan Kristian Avram yenidən klubunu dəyişib.
Apasport.az xəbər verir ki, moldovalı qapıçı karyerasını Albaniyada davam etdirəcək.
32 yaşlı futbolçu “Vlajniya”ya keçib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Avramla 2 illik müqavilə imzalanıb.
Moldova millisinin üzvü iyunda “Araz-Naxçıvan”dan ayrıldıqdan sonra “Petrokub”a qayıtmışdı. Lakin onun Moldova klubu ilə əməkdaşlığı cəmi iki ay davam edib.
Qeyd edək ki, Kristian Avram 2023-cü ilin yayından 2026-cı ilin iyununa qədər “Araz-Naxçıvan”da çıxış edib. O, Azərbaycan təmsilçisinin heyətində 102 rəsmi matçda meydana çıxıb.