İdman24
Digər · APA Sport

Cüdoçularımız dünya çempionatında mübarizə aparacaq

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo millisi dünya çempionatında iştirak edəcək.

Apasport.az xəbər verir ki, avqustun 20-23-də Ekvadorun Quayakil şəhərində keçiriləcək yarışda yığmamız 9 çəki dərəcəsində 14 idmançı (10 oğlan, 4 qız) ilə təmsil olunacaq.

Komandaya yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcəklər.

Dünya çempionatında 61 ölkədən 459 idmançı (242 oğlan, 217 qız) mübarizə aparacaq.

40 kq Sunay Salamova Zəhra Quliyeva

55 kq Fərid Xudiyev İbrahim Talıbov

73 kq Yusuf Nəzər Sadiq Məmmədov

81 kq Ayxan Həsənli Yaqub Məmmədov

90 kq Ömər Axundov Nurəddin Əliyev

Orijinal mənbə

İdman24 əsas səhifə