Futbol · APA Sport
DÇ-26: Olimpiya çempionumuz tatamiyə çıxır - YENİLƏNİR

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün Azərbaycan millisinin üzvü Zelim Kotsoyev mübarizəyə başlayacaq.
Apasport.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu 100 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.
Kotsoyev yarışa 1/32 final mərhələsindən start verəcək. Onun ilk rəqibi Türkmənistan təmsilçisi Baymırat Majanov olacaq.
Milli Gimnastika Arenasında təşkil olunan yarışda təsnifat görüşləri saat 10:30-da, final bloku isə saat 18:00-da başlayacaq.
Qarşılaşmalar “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq. Azarkeşlər biletləri iTicket.az platformasından əldə edə bilərlər.
Qeyd edək ki, Bakıda keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq.