İlqar Aslanov: "AÇ-2027-nin əsas mərhələsində qrup birincisi olmağa çalışacağıq"

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 Bakı 19° C USD - 1.700 EUR - 1.907 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia İlqar Aslanov: "AÇ-2027-nin əsas mərhələsində qrup birincisi olmağa çalışacağıq" Futbol 06 oktyabr, 2026 16:23 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının əsas mərhələsində qrup qalibi olmağa çalışacaq.
Bunu "Report" a açıqlamasında komandanın baş məşqçisi İlqar Aslanov deyib.
Mütəxəssis püşkatmanın nəticəsini dəyərləndirərək rəqiblərin güclü olduğunu bildirib:
"Bizə çox çətin rəqiblər düşüb. Onların arasında Yunanıstan zəif kimi görünür. Ancaq üç il əvvəl onlarla görüşmüş və məğlub olmuşduq. Çox yaxşı komandadır. Ümumiyyətlə, rəqiblərin hamısı güclüdür".
İ.Aslanov komandanın hazırlıq prosesindən və heyətlə bağlı çətinliklərdən söz açıb:
"Oktyabrın 1-dən məşqlərə başlamışıq, hələ ki seçimlər aparılır. Aşağı yaş qrupları olmadığı üçün elan vermişik, gələnlər arasında əvvəllər böyük futbolda çıxış edənlər də var. İstedadlı uşaqlar az olsa da, onların arasından seçim etmək məcburiyyətindəyik. Ən böyük çətinliyimiz isə hərbi xidmətlə bağlıdır. Əsas heyətin 3 futbolçusu hərbi xidmətə yollanacaq. Çətinliklərə baxmayaraq, hazırlaşırıq".
O, komandanın məqsədini diqqətə çatdırıb:
"Ötən çempionatda Xorvatiya ilə heç-heçə oynamışdıq. Əlbəttə, qrupda birinci yeri tutmaq fikrindəyik. Çox çətin olacağını bilsək də, buna çalışacağıq. İlk matçımız martın 30-da keçiriləcək".
Qeyd edək ki, yığma 7-ci qrupda Ukrayna, Xorvatiya və Yunanıstanla mübarizə aparacaq.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.907 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 Bakı 19° C Son xəbərlər 17:53 Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz Daxili siyasət 17:52 Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb Digər ölkələr 17:46 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq Energetika 17:45 Foto Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb Ekologiya 17:45 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur İnfrastruktur 17:42 Foto Balkan ölkələri qaz nəqli sistemlərini əlaqələndirəcəklər Digər ölkələr 17:40 Foto Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb İKT 17:38 Foto IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə növbəti təlim proqramı təşkil olunub Daxili siyasət 17:32 "E-Bələdiyyə" tətbiqi istifadəyə verilib İKT Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.