“Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar

“Fənərbaxça”nın futbolçusu Marko Asensio UEFA Çempionlar Liqasının liqa mərhələsində “Roma”ya qarşı keçiriləcək görüşdə iştirak etməyəcək.
Apasport.az xəbər verir ki, bu barədə “Takvim” nəşri məlumat yayıb.
İspaniyalı ulduzun İstanbul təmsilçisinin heyətində “Roma” ilə matça çıxmayacağı dəqiqləşib.
Asensionun Superliqada “Qaziantep FK” ilə qarşılaşmada meydana çıxıb-çıxmayacağı isə hələ məlum deyil. Futbolçunun vəziyyəti qarşıdakı günlərdə yenidən qiymətləndiriləcək. Asensiodan əlavə Matteo Genduzi də “Roma” ilə görüşü buraxacaq. Fransalı yarımmüdafiəçi UEFA tərəfindən “Lion”la oyunda yaşanan hadisələrə görə 4 oyunluq cəzalandırılıb. Cəzanın 2 oyunu bir illik sınaq müddətinə salınıb. Bu səbəbdən Genduzi “Roma” və “Aston Villa” ilə qarşılaşmalarda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, “Fənərbaxça” – “Roma” qarşılaşması sentyabrın 10-da Bakı vaxtı ilə saat 20:45-də keçiriləcək.