Digər · APA Sport
Salaha Avropadan ən yaxşı təklifi “Beşiktaş” edib – Qərar gözlənilir

“Beşiktaş” Məhəmməd Salahın transferi üçün Avropa klubları arasında ən yaxşı təklifi təqdim edib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin iddiasına görə, misirli futbolçunun nümayəndəsi Salahla görüşərək aldığı bütün təklifləri detallı şəkildə təqdim edib. Avropa klubları arasında ən sərfəli təklifin “Beşiktaş”dan gəldiyi bildirilir.
Salah və nümayəndəsi yaxın vaxtlarda yekun qərarlarını verəcəklər.
İstanbul klubunun təklifinin hələlik rədd edilmədiyi vurğulanıb.