Gimnastika · APA Sport
Gimnastlarımızdan növbəti dünya çempionluğu

Azərbaycanın tamblinq üzrə milli komandası Çinin Nankin şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, noyabrın 4-dən 8-dək təşkil olunan yarışda Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət komandamız fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Təmsilçilərimiz final mərhələsində inamlı çıxış edərək dünya çempionu titulunu qoruyublar. Beləliklə, Azərbaycan komandası üçqat dünya çempionu adına layiq görülüb.