Digər · APA Sport
A Seriyası klubunda ayrılıq - RƏSMİ

Apasport.az xəbər verir ki, Elif Elmas komandanı tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu "Leypsiq"ə qayıdıb.
Qeyd edək ki, "Napoli" Elif Elması mövsümün əvvəlində 2 milyon avro qarşılığında icarəyə götürmüşdü. Şimali Makedoniya millisinin üzvü Neapol təmsilçisi ilə çıxış etdiyi 44 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.