İdman24
Döyüş İdmanı · Report İdman

Deputat: "Fermerlərin sayı çoxdur, amma yaratdıqları dəyər ölkə ortalamasından 3,4 dəfə azdır"

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 20° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Deputat: "Fermerlərin sayı çoxdur, amma yaratdıqları dəyər ölkə ortalamasından 3,4 dəfə azdır" ASK 23 oktyabr, 2026 13:11 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycanda aqrar sektorda çalışanların sayı çoxdur, amma yaratdıqları dəyər ölkə ortalamasından 3,4 dəfə azdır.

"Report" xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, hazırda Azərbaycanda məşğul əhalinin 37 %-i aqrar sektorda çalışsa da, bu sahənin ümumi daxili məhsuldakı payı cəmi 5,9 %-dir: "2025-ci ildə aqrar sektorda 14,12 milyard manatlıq məhsul istehsal olunub. Müqayisə üçün qeyd edim ki, ölkə üzrə hər məşğul şəxsin yaratdığı orta dəyər 25 800 manat olduğu halda, aqrar sektorda bu göstərici 7 675 manat təşkil edir. Başqa sözlə, aqrar sektorda hər məşğul şəxsin yaratdığı dəyər ölkə üzrə orta göstəricidən təxminən 3,4 dəfə aşağıdır. Bu fərq aqrar sektorda məhsuldarlığın və yaradılan əlavə dəyərin artırılmasının vacibliyini göstərir."

Deputat vurğulayıb ki, "Aqrar sahə haqqında" qanun layihəsi əvəzinə Aqrar Məcəllənin hazırlanması daha məqsədəuyğun olardı: "Nəzərə alsaq ki, hazırda dünyada qanunvericiliyin məcəllələşdirilməsi prosesi gedir və Azərbaycanda aqrar sahədə vahid məcəllənin hazırlanması daha məqsədəuyğun görünür. Üstəlik, yeni qanunun qəbulu ilə əlaqədar bir sıra mövcud qanunların ləğv edilməsi nəzərdə tutulursa, bu normaların vahid məcəllədə birləşdirilməsi daha sistemli yanaşma olardı".

V.Bayramov deyib ki, hazırda ölkədə subsidiyaların verilməsində əsas meyarlardan biri müasir suvarma sistemlərindən istifadədir: "Eyni zamanda, qanunvericilikdə əkin sahələrinin konsolidasiyası da subsidiya mexanizmində nəzərə alınır. Məsələn, subsidiya strukturuna nəzər salsaq, dənli bitkilər, o cümlədən buğda və arpa yetişdirən təsərrüfatlara hər hektara 400 manat subsidiya ödənilir və bu zaman iki əmsaldan istifadə olunur".

Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Kənan Sadıqov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 14:13 Azərbaycan elm xərclərini 12 %-dən çox artırır Maliyyə 14:12 Foto Video Sel Dırnısda 15 evin təsərrüfat sahəsinə ziyan vurub, heyvanlar tələf olub - Yenilənib Hadisə 14:11 Azərbaycan xarici yardımları 74 %-ə yaxın artırır Maliyyə 14:09 Azərbaycandakı bələdiyyələr gələn il də büdcədən 9 milyon manat alacaq Maliyyə 14:08 Paris yaxınlığında avtomobildən atəş açılıb: 1 nəfər ölüb, 4 nəfər yaralanıb Digər ölkələr 14:02 Azərbaycan seçki və statistika tədbirlərinə xərcləmələri 10 %-ə yaxın artırır Maliyyə 14:02 Rusiya, ABŞ və Ukrayna danışıqları noyabrın birinci yarısında Əbu-Dabidə keçiriləcək Digər ölkələr 14:01 Foto Azərbaycan və Özbəkistanın turizm imkanları Avropanın dörd şəhərində təqdim olunub Turizm 13:55 Foto Energetika naziri Naxçıvanda vətəndaşları qəbul edib Energetika Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə