İdman24
Digər · APA Sport

"Məni istəmədiyiniz gün gedəcəyəm" – Kloppdan ilk açıqlama

Almaniya millisinin yeni baş məşqçisi Yurgen Klopp gələcəyi ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis vəzifədən ayrılacağı təqdirdə heç bir təzminat tələb etməyəcəyini bildirib.

"Məni artıq istəmədiyiniz gün heç bir təzminat almadan gedəcəyəm. Sabah çıxıb 'o, artıq yararsızdır' desəniz, gedəcəyəm.

Əgər mənə qarşı düzgün davranmasanız və ailəmi rahat buraxmasanız, yenə gedəcəyəm.

Nəyinsə alınmadığını düşünürsünüzsə, məni tənqid edin. Bunun üzərində işləməyə hazıram. Söhbət işdən gedir.

Mənim milli komandadan sonra başqa məşqçilik karyeram olmayacaq. Bu, karyeramın zirvəsi olacaq".

Qeyd edək ki, Yurgen Klopp bu gün Almaniya millisinin baş məşqçisi kimi rəsmən təqdim olunub və onunla 2030-cu ilin iyul ayınadək müqavilə imzalanıb.

Orijinal mənbə

İdman24 əsas səhifə