Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb

İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 21° C USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb Futbol 09 oktyabr, 2026 16:25 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turnirin tarixində ilk dəfə eyni liqa təmsilçilərinin oyununda 12 və ya daha çox top fərqinə təsadüf olunub.
II Liqa klublarının I təsnifat mərhələsindəki duelində "Qaradağ Lökbatan" "Şəki"nin qapısından 12 cavabsız top keçirib.
1992-ci ildən keçirilən ölkə kubokunda 5-ci dəfə 12 topluq və ya daha böyük fərq qeydə alınsa da, bunadək heç vaxt eyni dəstədə çıxış edən klubların matçında belə fərq olmamışdı.
Ümumilikdə isə bu nəticə kubokda son 23 mövsümün rekordudur. Daha böyük fərqə sonuncu dəfə 2003/2004 mövsümündə rast gəlinib. "Şəfa" "Lider Qarabağ"ın qapısından 14 qol keçirib.
1997/1998 mövsümündə isə "Şəfa" eyni hesabla HHQ İK-ə qalib gəlib. Həm bu görüşlərdə, həm də indiki kimi 12:0 hesabının qeydə alındığı iki matçda da qalib komanda yüksək, rəqibi isə aşağı liqa təmsilçisi olub. 1997/98 mövsümündə "Qarabağ" "Naftalan"a, "Kür-Nur" "Babək-44"ə 12 cavabsız qolla qalib gəlib.
"Qaradağ Lökbatan"ın 12 qolundan ikisi həm də yubiley xarakteri daşıyıb. Matçdakı 9-cu top klub tarixinə kubokdakı 50-ci qol kimi düşüb. 31-ci oyununu keçirən komandanın yubiley qolunu 71-ci dəqiqədə Vüsal Alızadə vurub. Turnirdə 53 dəfə fərqlənən paytaxt təmsilçisi kubokda 50 və daha çox qol vuran 22-ci komandadır.
Evdə 12-ci kubok matçına çıxan komandanın 5-ci qolu öz meydanındakı 30-cu top olub və qarşılaşmanın sonunda bu rəqəm 37-yə yüksəlib. Turnirin tarixinə evdə ən azı 30 dəfə fərqlənən 21-ci komanda kimi düşən bakılıların yubiley qoluna 17-ci dəqiqədə Kamil Mahmudov imza atıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 18:37 Hesablama Palatası və DVX maliyyə hesabatlılığı sahəsində birgə müzakirə platforması yaradıb Maliyyə 18:34 UKMTO: BƏƏ sahillərində gəmi naməlum mərmi ilə vurulub Digər ölkələr 18:25 ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib Digər ölkələr 18:23 Erkinjon Turdimov Özbəkistan Baş nazirinin birinci müavini təyin edilib Region 18:10 Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ Sağlamlıq 18:08 Video Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub - YENİLƏNİB Hadisə 17:52 Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib Futbol 17:47 Foto Frankfurt sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı geniş təqdim olunub Ədəbiyyat 17:45 Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.