İdman24
Futbol · Report İdman

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"

İlham Əliyev Zəfərə gedən yol Bakı 22° C USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.656 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir" Futbol 12 oktyabr, 2026 18:09 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Hər kəs "Sabah"dan "Slaviya" ilə matçda qələbə gözləyir.

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiya təmsilçisi "Slaviya"ya qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

Mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib:

"Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir. Sabah meydanda hər şey baş verə bilər. Əsas odur ki, meydanda düşündüklərimizi icra edək və 3 xal qazanaq".

O, rəqibin hücum futboluna üstünlük verdiyini vurğulayıb:

"Slaviya"nın çox yaxşı oyun üslubu var. Onlar bu görüşə çox yaxşı hazırlaşıblar. Heç vaxt yorğun olmayan komandaya qarşı mübarizə aparacağıq. "Slaviya" hücumameyilli komandadır. Bununla belə, öz gücümüzə inanıram. Düşünürəm ki, meydanda rəqibin zəif nöqtələrini tapacağıq".

V.Dambrauskas meydanda keyfiyyətin önəmli olduğunu sözlərinə əlavə edib:

"Bura Çempionlar Liqasıdır. Burada komandanın keyfiyyəti önəm daşıyır. Mənim rəqib seçmək kimi bir şansım yoxdur. Bütün rəqiblərimizə qarşı layiqli mübarizə aparmağa çalışacağıq. "Slaviya" uzun müddətdir ki, Çempionlar Liqasında səfərdə qələbə qazanmır. Onlar bu görüşdə qalib gəlmək istəyəcəklər. Bu vəziyyət mənim üçün motivasiya mənbəyi deyil. Mənim üçün əsas motivasiya meydana çıxmaq və gözəl oyun sərgiləməkdir. Futbolçularıma güvənirəm".

Qeyd edək ki, "Sabah" - "Slaviya" görüşü sabah, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано Дамбраускас: Все ждут от "Сабах" победы над "Славией" в ЛЧ --> --> --> --> --> USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.656 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 18:35 Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub Xarici siyasət 18:34 Tramp: Aİ enerji resursları üçün Rusiyaya 250 milyard dollar ödəyib Digər ölkələr 18:29 Pərviz Səfərov: Azərbaycana indiyədək 500-dən çox ukraynalı uşaq gətirilib Xarici siyasət 18:27 Foto Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb Daxili siyasət 18:25 İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək Region 18:23 Foto Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı ixtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib Sağlamlıq 18:14 Estoniyanın yeni Prezidenti Madize vəzifəsinin icrasına başlayıb Digər ölkələr 18:09 "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir" Futbol 18:08 Foto Video "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Hərbi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə