İdman24
Futbol · APA Sport

KL: “Zirə” növbəti mərhələdə! - YENİLƏNİB

"Zirə" bu gün Konfrans Liqasının I təsnifat mərhələsində cavab oyununu keçirib.

Apasport.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Gürcüstanda "Torpedo" ilə üz-üzə gəlib.

"Şengeliya Arena"da oynanılan matç Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Oyunda hesabı təmsilçimiz açıb. 25-ci dəqiqədə Eren Aydın fərqlənib: 1:0.

39-cu dəqiqədə "Zirə" fərqi artırıb. Amin Seydiyev dəqiq oynayıb.

70-ci dəqiqədə Eren Aydın özünün ikinci, komandasının üçüncü qolunu vurub: 3:0.

Bu nəticədən sonra təmsilçimiz adını növbəti mərhələyə yazdırıb.

Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyunda da "Zirə" 3 cavabsız qolla qələbə qazanıb.

Komandamız Konfrans Liqasının ikinci təsnifat mərhələsində Estoniyanın "Payde" klubu ilə qarşılaşacaq.

20:00. "Torpedo" (Gürcüstan) - "Zirə" (Azərbaycan) 0:3

​​​​​​Qol: E. Aydın, 25, 70, A. Seydiyev, 39

Baş hakim: Mihali Kapray İlk oyun - 0:3

"Torpedo" (Kutaisi): Qoşadze, Kuprava, Latsabidze, Simiç, Stamatov, Bukia, Mamukaşvili, Skorup, Arabidze, Andriç, Felipe Pires.

"Zirə": Bayramov, Əliyev, Ruan Renato, Mutsinzi, Seydiyev, Vieirinya, Quima, Konate, Martins Junior, Volkov, Eren Aydın.

Orijinal mənbə

İdman24 əsas səhifə