İdman24
Digər · APA Sport

Şəhid jurnalistlərin xatirəsinə həsr olunan turnirin püşkü atılıb

Şəhid jurnalistlərin xatirəsinə həsr olunan 5-ci ənənəvi minifutbol turniri keçiriləcək.

Apasport.az xəbər verir ki, Müstəqilliyin Bərpası Günü və Zəfər Günü münasibətilə təşkil olunan yarış sentyabrın 26-dan noyabrın 15-dək davam edəcək.

Sentyabrın 22-də turnirlə bağlı tədbir keçirilib, qaydalar açıqlanıb və püşkatma mərasimi baş tutub. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

16 komandanın iştirak edəcəyi turnirin qrupları belə müəyyənləşib:

A qrupu: AZTV, APA , Veteranlar, Ardanış B qrupu: ATV, AZƏRTAC, Əmirxeyir, Qaraqoyunlu C qrupu: Xəzər TV, Anews, MEDIA, Vətən D qrupu: CBC Sport, Baku.WS, Gəncəvi Media, Zəfər-44

Turnirin ilk oyunu sentyabrın 26-da saat 17:00-da Bakı Tennis Akademiyasının stadionunda AZƏRTAC və AZTV komandaları arasında keçiriləcək. Görüşdən əvvəl rəsmi açılış mərasimi təşkil olunacaq.

Qarşılaşmalar 25 dəqiqəlik iki hissədən ibarət olacaq. Yarımfinal və finalda əsas vaxt heç-heçə başa çatarsa, qalib penaltilər seriyasında müəyyənləşəcək.

Turnirin məqsədi Birinci və İkinci Qarabağ müharibələrində şəhid olanların, o cümlədən peşə fəaliyyətini yerinə yetirərkən həyatını itirən jurnalistlərin xatirəsini yaşatmaqdır.

Qeyd edək ki, 2021-ci il iyunun 4-də Kəlbəcərin Susuzluq kəndində jurnalistləri aparan avtomobilin minaya düşməsi nəticəsində AZƏRTAC əməkdaşı Məhərrəm İbrahimov, AzTV operatoru Sirac Abışov və Arif Əliyev həlak olublar.

Orijinal mənbə

İdman24 əsas səhifə