İdman24
Futbol · Report İdman

Rəşad Abdullayev: "Litva ilə oyunda qələbə qazanmaq şansımız var"

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 22° C USD - 1.700 EUR - 1.933 TRY - 0.035 GEL - 0.651 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Rəşad Abdullayev: "Litva ilə oyunda qələbə qazanmaq şansımız var" Futbol 25 sentyabr, 2026 17:15 Azərbaycan millisinin UEFA Millətlər Liqasının ilk turunda Litvaya qarşı matçda qalib gəlmək şansı var.

Bunu "Report" a açıqlamasında yığmanın sabiq futbolçusu Rəşad Abdullayev deyib.

O, yığmanın Tacikistanla keçirdiyi yoldaşlıq görüşünü qiymətləndirib:

"Görüş sərt mübarizə şəraitində keçdi. Tacikistan "dişimizə" görə rəqib idi. Məşqçilər korpusu geniş heyət formalaşdırmaq üçün yeni və gənc futbolçuları sınaqdan keçirdi. İlk hissədə yığma daha yaxşı təsir bağışladı. İkinci yarıda isə əvəzetmələrdən sonra oyun istənilən kimi alınmadı və rəqib üstünlüyü ələ keçirdi. Lakin bu yoxlama matçıdır, əsas məqsəd çatışmazlıqları və mövqe boşluqlarını görmək idi. Kəskin dəyişikliklərə lüzum yoxdur. Düşünürəm ki, belə qarşılaşmalar mütəxəssislərə rəsmi matçlarda hansı oyunçuların start heyətində yer alacağını, hansıların isə sonradan meydana daxil olacağını müəyyənləşdirməyə imkan verdi".

R.Abdullayev UEFA Millətlər Liqası çərçivəsində Litva ilə keçiriləcək qarşılaşma barədə də danışıb:

"Hazırda asan rəqib yoxdur, bütün komandalar inkişaf edir, normal futbol oynayır. Litva ilə oyunda qələbə qazanmaq şansımız var. Yığmada daha çox yerli futbolçular çıxış edir. Meydana qələbə üçün çıxmalıyıq, çünki milli komandanın daha yuxarı liqalara yüksəlməsinə və layiq olduğu yeri tutmasına ehtiyac var".

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 23-də keçirilən Tacikistanla yoldaşlıq matçında 1:0 hesablı qələbə qazanıb. Yığma UEFA Millətlər Liqasında ilk matçını sentyabrın 27-də səfərdə Litva seçməsinə qarşı keçirəcək.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.933 TRY - 0.035 GEL - 0.651 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 18:40 "Gallup": Ermənistan vətəndaşlarının təxminən 55%-i Rusiya bazasının Gümrüdə qalmasını dəstəkləyib Digər ölkələr 18:35 TDT Katibliyində dövlət bayraqları Qazaxıstanla həmrəylik əlaməti olaraq endirilib Xarici siyasət 18:33 Azərbaycanla Şimali Makedoniya iqtisadi əməkdaşlığı müzakirə edib Biznes 18:31 FAO: Rəqəmsal innovasiyalar bütün təsərrüfatlar və müəssisələr üçün əlçatan olmalıdır ASK 18:31 Foto AIIF 2026-da Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlıq müzakirə olunub Biznes 18:26 Foto Baş Prokurorluqda şəhid olmuş prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib Daxili siyasət 18:23 Foto AIIF 2026-da Orta Dəhliz haqqında panel sessiya olub İnfrastruktur 18:20 Foto Video "Birliyin Gücü - 2026" təliminin iştirakçıları üçün konsert proqramı təşkil edilib Hərbi 18:19 Ağstafada avtoqəza olub, xəsarət alanlar var Hadisə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə