İdman24
Döyüş İdmanı · Report İdman

Azərbaycan Güləş Federasiyasında veteran güləşçilərlə görüş təşkil edilib

İlham Əliyev UEFA Çempionlar Liqası Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi Bakı 10° C USD - 1.700 EUR - 1.863 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev UEFA Çempionlar Liqası Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Digər Mədəniyyət Dünya Analitika Multimedia LongRead Azərbaycan Güləş Federasiyasında veteran güləşçilərlə görüş təşkil edilib Fərdi 26 noyabr, 2026 18:04 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan Güləş Federasiyasında (AGF) veteran güləşçilərlə görüş təşkil edilib.

Bu barədə "Report" a AGF-dən məlumat verilib.

AGF-nin Güləş İrsi və İcması Komitəsinin təşəbbüsüylə keçirilən tədbirdə oktyabrın 6-dan 11-dək İordaniyada keçirilmiş veteranlar arasında dünya çempionatının iştirakçıları, eləcə də Azərbaycan güləş tarixində öz xidmətləri ilə iz qoymuş tanınmış veteran güləşçilər və məşqçilər iştirak ediblər.

Tədbirdə çıxış edən AGF-nin baş katibi Pərvin Piriyev dünya çempionatında uğurla çıxış edərək medal qazanan veteranları təbrik edib, onlara Azərbaycan güləşinin beynəlxalq arenada təmsil olunmasına verdikləri töhfəyə görə təşəkkürünü bildirib.

Görüşdə federasiyanın hazırkı fəaliyyət istiqamətləri, strateji hədəfləri, gələcək planları və Azərbaycan güləşinin inkişafına dair vizyonu diqqətə çatdırılıb. Veteran güləşçilərin zəngin təcrübəsinin və biliklərinin bu prosesdə əhəmiyyəti vurğulanıb, onların fikir və təkliflərinin federasiyanın gələcək fəaliyyətində nəzərə alınmasının vacibliyi qeyd edilib.

Güləş İrsi və İcması Komitəsinin sədri Elçin Cəfərov, dünya çempionatında medal qazanmış veteran güləşçilər, Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı Rafiq Hacıyev, eləcə də Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Naxçıvan MR təşkilatının sədri Rövşən İsmayılxanlı çıxış edərək təkliflərini səsləndiriblər. Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, veteranların rəy və tövsiyələri dinlənilib.

Bu görüş Azərbaycan güləşinin zəngin ənənələrinin qorunması, nəsillər arasında əlaqələrin möhkəmləndirilməsi və veteranların idman ictimaiyyətinin həyatında fəal iştirakının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. AGF veteran güləşçilərlə dialoqun və əməkdaşlığın davamlı olmasına xüsusi önəm verir. Bu istiqamətdə belə görüşlərin mütəmadi təşkili, veteranların təcrübəsindən yararlanılması və onların Azərbaycan güləşinin inkişafı ilə bağlı təşəbbüslərinin dəstəklənməsi nəzərdə tutulur.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.863 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 10° C Son xəbərlər 20:39 Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna zərbə endiriblər Digər ölkələr 20:32 Foto Mətbuat Şurasında dezinformasiya və manipulyasiya təmayülləri müzakirə edilib Media 20:14 Foto Video Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Daxili siyasət 20:12 PSJ-nin qapıçısı Luka Şevalye klubu tərk etməyi düşünür Futbol 20:05 Tramp Putini Avropada "hərbi təcavüzü" dayandırmağa çağırıb Digər ölkələr 20:01 SOCAR-da I yarımilin maliyyə və əməliyyat nəticələri müzakirə edilib Energetika 19:38 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Region 19:30 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Xarici siyasət 19:27 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə