Azərbaycan Basketbol Federasiyasında yeni mövsümün açılışı ilə bağlı tədbir keçirilib

İlham Əliyev Zəfərə gedən yol Bakı 23° C USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycan Basketbol Federasiyasında yeni mövsümün açılışı ilə bağlı tədbir keçirilib Komanda 29 sentyabr, 2026 19:59 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Basketbol Federasiyasında (ABF) 2026/2027 mövsümünün açılışı ilə bağlı tədbiri baş tutub.
Bu barədə "Report" a ABF-dən məlumat verilib.
Tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, federasiyanın rəyasət heyətinin üzvləri, universitet rektorları, rəsmi tərəfdaşlar, federasiya əməkdaşları, klub rəhbərləri, məşqçilər, basketbolçular və media nümayəndələri iştirak ediblər.
İlk olaraq federasiyanın mətbuat katibi Sənan Əliyev ötən mövsümün hesabatını təqdim edib. O, federasiyanın ötən mövsümdə həyata keçirdiyi layihələr, beynəlxalq turnirlərdə qazanılan uğurlar və yaxın gələcəkdə planlaşdırılan yeniliklər barədə ətraflı məlumat verib.
Daha sonra isə açılış nitqi ilə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə basketbolun inkişaf istiqamətləri və bu sahədə atılan addımlardan bəhs edib. O, Azərbaycan basketbolunun milli və klub səviyyəsində beynəlxalq müstəvidə böyüyən uğurlarından da söz açıb.
ABF prezidenti Emin Əmrullayev çıxışında federasiyanın fəaliyyət prinsiplərinə toxunub və yerli çempionatın daha da rəqabətli olmasından danışıb:
"Basketbolun ölkəmizdə kütləviləşməsi və klubların dayanıqlı inkişafı bizim üçün əsas prioritetdir. Basketbol federasiyası olaraq davamlı nəticə əldə etmək üçün ikirəqəmli müddət gərəkdir. Biz harada qısa müddətdə uğur qazanmaq imkanımızın olduğunu yaxşı anlayırıq. 3x3 qadın basketbolu buna əsas nümunədir. Azərbaycan Basketbol Liqasında iştirak edən 4 klubun Avrokuboklarda mübarizə aparmasını da nəzərə alsaq, 8 klublu bu çempionat ötən mövsümlərlə müqayisədə daha da rəqabətli olacaq".
Qeyd edək ki, Azərbaycanda yeni basketbol mövsümü sabah start götürəcək.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 21:41 Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb Xarici siyasət 21:29 Şahin Mustafayev: Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb – YENİLƏNİB Region 21:20 Foto Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub Xarici siyasət 21:19 Foto Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb Xarici siyasət 21:14 Mərakeşdə ilk dəfə ölkənin baş naziri qadın olub Digər ölkələr 21:01 Fransada etiraz aksiyalarında 200 mindən çox insan iştirak edib - YENİLƏNİB-3 Digər ölkələr 20:59 İngiltərə Premyer Liqası "Mançester Siti"ni maliyyə pozuntularında təqsirli bilib Futbol 20:54 Tokayev və Ştaynmayer Berlində birgə bəyannamə imzalayıblar Region 20:45 İranda silahlı şəxslərlə polis arasında atışma baş verib Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.