Basketbol · APA Sport
Serbiyalı oyunçu "Neftçi"də

"Neftçi" basketbol klubu serbiyalı hücumçu transfer edib.
Apasport.az xəbər verir ki, "ağ-qaralar" Aleksa Stepanoviçlə mövsümün sonuna qədər müqavilə imzalayıb.
28 yaşlı basketbolçunun son klubu Serbiya liqasında mübarizə aparan "Hertseqovats Qaydobra" olub.
206 sm boya malik oyunçu karyerası ərzində "Partizan", "FMP Belqrad" və VTB Birləşmiş Liqasında "Yenisey"in şərəfini qoruyub.