AFFA-nın baş katibi Cahangir Fərəcullayev: "Uşaq futbolu Azərbaycan futbolunun gələcəyidir"

İlham Əliyev Zəfərə gedən yol Bakı 22° C USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.656 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia AFFA-nın baş katibi Cahangir Fərəcullayev: "Uşaq futbolu Azərbaycan futbolunun gələcəyidir" Futbol 12 oktyabr, 2026 11:04 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Uşaq futbolu Azərbaycan futbolunun gələcəyidir.
"Report" xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev aşağı yaş qrupları ilə əlaqədar yeni match.affa.az saytının və @AFFA.istedadlar sosial media layihəsinin təqdimat mərasimində deyib.
O, layihə haqqında fikirlərini bölüşüb:
"Ölkəmizdə uşaq və yeniyetmə futbolunun inkişafı üçün mühüm addımlar atılır. Xüsusilə U-15 dünya çempionatı və bununla bağlı inşa edilən 10 min nəfərlik yeni yarış və məşq mərkəzi gələcəkdə uşaq futbolunun istifadəsinə veriləcək. Mərkəzdə son quruculuq işləri aparılır və arena ən müasir standartlara cavab verir".
Baş katib "Eyeball" layihəsinin əhəmiyyətini vurğulayıb:
"Layihə çərçivəsində 2000 istedadlı uşaq aşkar olunub. Toplanan analitik məlumatlar futbolçuların fərdi inkişaf planlarının hazırlanmasında məşqçilərə böyük kömək edir. Bu təşəbbüs UEFA tərəfindən də yüksək qiymətləndirilib və bir çox yerli klublar artıq bu sistemdən yararlanır".
C.Fərəcullayev təqdim edilən yeni rəqəmsal platformaların uşaqların motivasiyasına müsbət təsir göstərəcəyini vurğulayıb:
"Yeni saytlar və sosial media resursları uşaq futboluna marağı artırmaq məqsədi daşıyır. Özlərini bu platformalarda görən uşaqların gələcəkdə böyük futbolçu olmaq istəyi daha da güclənir. Həmçinin bərpa edilən "Məktəbli Kuboku" turniri də böyük rəğbətlə qarşılanıb. Növbəti ildən bu yarışın formatını dəyişərək beynəlxalq turnir səviyyəsinə qaldırmağı planlaşdırırıq".
AFFA rəsmisi uşaq futbolunun əsas hədəf olduğunu vurğulayıb:
"Bütün bu fəaliyyət uşaqların gələcəkdə milli komandanın şərəfini layiqincə qoruması üçün nəzərdə tutulub. Uşaq futbolu Azərbaycan futbolunun gələcəyidir. Əminəm ki, hazırda 14, 15, 16 yaşında olan futbolçular gələcəkdə güclü milli komandanı formalaşdıracaqlar".
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано Джахангир Фараджуллаев: Детский футбол — будущее азербайджанского футбола Jahangir Farajullayev: Children's football is the future of Azerbaijani football --> --> --> --> --> USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.656 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 12:34 Foto Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - YENİLƏNİB Xarici siyasət 12:31 Ermənistanda Xüsusi Ordu Korpusunun komandan müavini vəzifəsindən azad edilib Region 12:30 DSMF: 9 ayda pensiyalara 5,8 milyard manat vəsait yönəldilib Maliyyə 12:30 İlham Əliyev: Sovet dövründə Azərbaycanda kambocalı tələbələrin təhsil alması ənənəsini bərpa etmək lazımdır Elm və təhsil 12:28 Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur Xarici siyasət 12:20 Kallas: Aİ Rusiyaya qarşı təxminən 1600 yeni sanksiya mövqeyini təsdiqləyib - YENİLƏNİB Digər ölkələr 12:17 Azərbaycan xarici vətəndaşlara 7,3 milyon manat ƏDV qaytarıb Maliyyə 12:16 "Kəpəz" Azərbaycan çempionatlarının yüksək dəstəsində 300-cü qələbəsini qazanıb Futbol 12:14 Karlovı Varı aeroportu AZAL-la birbaşa reyslərin açılmasını müzakirə edəcək - EKSKLÜZİV İnfrastruktur Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.