Digər · APA Sport
"Roma"nın yarımmüdafiəçisi "Leypsiq"də

“Roma”nın yarımmüdafiəçisi Neil El-Aynaui karyerasını Almaniyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, Mərakeş millisinin üzvü “Leypsiq”ə icarəyə verilib.
Razılaşmada futbolçunun birdəfəlik transferi üçün satınalma hüququ da nəzərdə tutulub.
Yeni komandasında 21 nömrəli formanı geyinəcək yarımmüdafiəçi bu yay keçirilən dünya çempionatında Mərakeş millisinin əsas heyət üzvlərindən biri olub.
Qeyd edək ki, El-Aynaui 2025-ci ilin iyulundan “Roma”da çıxış edirdi.