Digər · APA Sport
“Fənərbaxça” Avstriya toplanışını qələbə ilə başa vurdu

“Fənərbaxça” yeni mövsümə hazırlıq çərçivəsində Avstriyadakı son yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, İsmail Kartalın baş məşqçisi olduğu komanda LASK-la qarşılaşıb.
Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Fənərbaxça”nın qollarını İrfan Can Kahveci və Kerem Aktürloğlu vurublar.
Qeyd edək ki, “Fənərbaxça” Avstriya toplanışında “Admira Vakker”ə 5:0, “Poqon”a 4:0, LASK-a isə 2:1 hesabı ilə qalib gəlib.