İdman24
Futbol · Report İdman

"Milan" "Real"ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi Bakı 16° C USD - 1.700 EUR - 1.855 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Digər Mədəniyyət Dünya Analitika Multimedia LongRead "Milan" "Real"ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib Futbol 24 noyabr, 2026 14:50 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

İtaliyanın "Milan" klubu İspaniyanın "Real" (Madrid) komandasının hücumçusu Endriki transfer etmək üçün rəsmi təklif irəli sürüb.

"Report" "Cadena SER" nəşrinə istinadən xəbər verir ki, Milan təmsilçisi braziliyalı futbolçunu 2027-ci ilin yanvarında heyətinə qatmağı planlaşdırır.

"Rossoneri" 19 yaşlı hücumçunun transferi üçün 70 milyon avro ödəməyə hazırdır.

Bununla belə, "Kral klubu"nun baş məşqçisi Joze Mourinyo Endrikin qış "transfer pəncərəsi"ndə komandadan ayrılmasına müsbət yanaşmır. Portuqaliyalı mütəxəssis braziliyalı futbolçunun əvəzlənməsinin çətin olacağını düşünür.

Yaxın vaxtlarda Endrikin agentlərinin Madridə gələrək futbolçunun gələcəyi ilə bağlı klub rəhbərliyi ilə danışıqlar aparacağı gözlənilir. Transferin reallaşıb-reallaşmayacağı ilə bağlı yekun qərarı isə futbolçunun özü verəcək.

Qeyd edək ki, Endrik 2024-cü ildə 60 milyon avro qarşılığında Braziliyanın "Palmeyras" klubundan "Real"a transfer olunub. Hücumçu cari mövsümdə Madrid təmsilçisinin heyətində 7 oyunda meydana çıxıb və bir qola imza atıb. O, yeganə qolunu UEFA Çempionlar Liqasında "Roma"ya qarşı keçirilən və 4:3 hesabı ilə başa çatan matçda vurub.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı Милан сделал Реалу официальное предложение по трансферу нападающего – готов выложить €70 млн --> --> --> --> --> USD - 1.700 EUR - 1.855 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 16:24 Sabahdan havanın temperaturu 5 dərəcə enəcək - Xəbərdarlıq Ekologiya 16:23 Azərbaycanda 20 istiqamətdə avtobus marşrutları müsabiqəyə çıxarılır İnfrastruktur 16:15 Foto Heydər Əliyev Fondu və Vatikan Apostol Arxivi rəqəmsal konservasiya üsullarına dair yeni razılaşma əldə ediblər Xarici siyasət 16:14 Ukrayna ABŞ Konqresinə hərbi dəstək və sanksiyalarla bağlı müraciət planlaşdırır Digər ölkələr 16:12 Zelenski Ukraynanın Fin körfəzində Rusiya gəmisinə zərbə endirdiyini etiraf edib Digər ölkələr 16:06 Foto "Baku Steel Company" Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib Biznes 16:03 Azərbaycanda maliyyə sektorunda kibertəhlükəsizliyin əsas çağırışları müzakirə edilib Maliyyə 16:00 FHN güclü küləklə əlaqədar əhaliyə çağırış edib Digər 15:53 Nikuşor Dan: Rumıniya Ermənistanın Aİ-yə daxil olmaq səylərini dəstəkləyir Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə