Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışının yayımının təşkili ilə bağlı məsələlər müzakirə edilib

İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri 2027-ci ilin dövlət büdcəsi Bakı 16° C USD - 1.700 EUR - 1.864 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışının yayımının təşkili ilə bağlı məsələlər müzakirə edilib Fərdi 19 noyabr, 2026 15:16 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışının yayımının təşkili ilə bağlı məsələlər ətraflı müzakirə edilib.
Bu barədə "Report" a Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) məlumat verilib.
"Eurosport" telekanalının Beynəlxalq tərəfdaşlıq üzrə baş direktoru Marizi Basten və beynəlxalq brend tərəfdaşlıqları üzrə meneceri Artur Mayyard Azərbaycan Velosiped İdmanı Federasiyasında olublar.
Qonaqları salamlayan qurumun birinci vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, "Eurosport" telekanalı uzun illərdir AzVİF-in etibarlı tərəfdaşlarından biridir.
Azərbaycanda keçirilən beynəlxalq velosiped yarışlarının rəsmi yayımçısı olan telekanal vasitəsilə ölkəmizdə təşkil olunan yarışlar dünyanın müxtəlif ölkələrində milyonlarla tamaşaçıya təqdim edilib, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı da "Eurosport" televiziya kanalı vasitəsilə dünyanın 190 ölkəsində 19 dildə yayımlanıb.
"Eurosport" telekanalının nümayəndələri ölkəmizdə keçirilən velosiped yarışlarının yüksək təşkilatçılıq səviyyəsini müsbət qiymətləndirərək, Azərbaycanla əməkdaşlığın gələcəkdə də davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.
Görüşdə 2027-ci il mayın 9-13-də keçiriləcək Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışının yayımının təşkili ilə bağlı məsələlər ətraflı müzakirə edilib.
Qonaqlar Respublika Velotrekində idmançılar üçün yaradılmış şəraitlə tanışlıqdan sonra velosiped muzeyinə baş çəkərək, Azərbaycanda velosiped idmanının tarixi və inkişaf yolu ilə tanış olublar.
Səfər çərçivəsində onlar gənclər və idman naziri Fərid Qayıbovla, Bakı Media Mərkəzinin və "Sea Breeze"in rəhbər şəxsləri ilə görüşlər keçiriblər.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı В Федерации велоспорта обсудили организацию трансляции гонки Баку–Ханкенди на Eurosport Azerbaijan Cycling Federation discusses Eurosport coverage of Baku–Khankandi race --> --> --> --> --> USD - 1.700 EUR - 1.864 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 01:45 Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub Digər ölkələr 01:19 Braziliya Prezidenti beşgünlük iş həftəsinə keçidlə bağlı fərmanı imzalayıb Digər ölkələr 00:50 Foto Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib Xarici siyasət 00:35 Foto Video Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var Hadisə 00:26 Tbilisidə partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb, axtarış-xilasetmə başa çatıb Yenilənib-6 Region 00:19 Tramp: İranla bağlı qərar qəbul etməkdə tələsmirəm Digər ölkələr 00:05 Qarakənd faciəsindən 35 il ötür Daxili siyasət 00:00 Ağdamın işğaldan azad olunmasından 6 il ötür Daxili siyasət 23:56 Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.