Digər · APA Sport
İranın arzuları 90+6-da məhv oldu - Əlcəzairin qoluyla mundialla vidalaşdı

İran millisi DÇ-2026-da mübarizəni dayandırıb.
Apasport.az xəbər verir ki, buna J qrupunda keçirilən Əlcəzair - Avstriya matçının heç-heçə başa çatması səbəb olub.
Qarşılaşmanın son dəqiqələri dramatik alınıb. Əlcəzair 90+3-cü dəqiqədə hesabı 3:2 edib. Bu nəticə İranı 1/16 finala daşıyırdı. Lakin Avstriya 90+6-cı dəqiqədə bərabərlik qolunu vuraraq hesabı 3:3 edib.
Bu nəticədən sonra həm Əlcəzair, həm də Avstriya növbəti mərhələyə yüksəlib. İran isə ən yaxşı üçüncülər sırasında yer ala bilməyib və dünya çempionatı ilə vidalaşıb.