Futbol · APA Sport
ÇL: "Sabah" Finlandiya səfərində - YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları start götürəcək.
Apasport.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Sabah" da növbəti sınağına çıxacaq.
Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv səfərdə Finlandiya çempionu KuPS-un qonağı olacaq. Kuopio şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
“Sabah” ilk oyunda doğma meydanda KuPS-a 1:0 hesabı ilə qalib gəlib. Bakı təmsilçisinə mərhələ adlamaq üçün Finlandiyadakı cavab görüşündə heç-heçə də kifayət edəcək. KuPS-un bir top fərqli qələbəsi qarşılaşmanı əlavə vaxta daşıyacaq.
UEFA Çempionlar Liqası II təsnifat mərhələsi, cavab oyunu 19:00. KuPS – “Sabah” Baş hakim : Matej Yuq (Sloveniya)