İdman24
Futbol · Report İdman

"Neftçi"nin aşağı yaş qruplarından ibarət komandaları üçün antidopinq seminarı təşkil edilib

İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Azərbaycanda Konstitusiya Günü Bakı 12° C USD - 1.700 EUR - 1.883 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Azərbaycanda Konstitusiya Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Neftçi"nin aşağı yaş qruplarından ibarət komandaları üçün antidopinq seminarı təşkil edilib Futbol 12 noyabr, 2026 18:02 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

"Palms Sports" Futbol Mərkəzində "Neftçi"nin U-19, U-17, U-16 və U-15 komandalarının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

Bu barədə "Report" a "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov çıxış edib. O, iştirakçılara antidopinq qaydaları, bu qaydaların idmanda tətbiqi və idmançıların üzərinə düşən məsuliyyət barədə ətraflı məlumat verib.

Seminar zamanı antidopinq tələblərinə əməl olunmasının peşəkar idmanın əsas prinsiplərindən biri olduğu vurğulanıb. Gənc futbolçuların bu sahədə məlumatlılığının artırılması, onların mümkün antidopinq qayda pozuntularından qorunması və idmanda dürüstlük prinsiplərinin təbliği diqqət mərkəzində olub.

Xüsusilə futbolçuların erkən yaşlardan etibarən antidopinq qaydalarını mənimsəməsinin əhəmiyyəti qeyd edilib.

Seminarın əsas məqsədi akademiya komandalarının futbolçu və məşqçi heyətinin antidopinq sahəsində məlumatlılığını artırmaq, onlarda məsuliyyətli idman davranışını təşviq etmək olub.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.883 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 12° C Son xəbərlər 02:35 Foto Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə aparıb Xarici siyasət 02:13 Azərbaycan Avropaya qaz ixracını artıracaq Energetika 02:09 Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq Energetika 02:02 Foto İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - Yenilənib Xarici siyasət 01:41 Millətlər Liqası: İtaliya Fransanı məğlub edib, Türkiyə qələbəni əldən verib Komanda 01:27 Harri Keyn İngiltərə millisində oyun sayına görə rekord müəyyənləşdirib Futbol 01:17 Foto Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb Xarici siyasət 01:15 Vaşinqtonda atışmanın təfərrüatları məlum olub Digər ölkələr 00:46 Avropa İttifaqı Naxçıvan dəmir yolu layihəsi üzrə qiymətləndirməni tezliklə yekunlaşdıracaq İnfrastruktur Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə