İdman24
Şahmat · APA Sport

AŞF rəsmisi İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib

Azərbaycan Şahmat Federasiyasının baş katibi, yeniyetmələr arasında ikiqat dünya çempionu İlahə Qədimova Özbəkistanda təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında seans keçirib.

Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Qurum rəsmisi eyni vaxtda bir neçə lövhədə şahmat oynayıb.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə