Döyüş İdmanı · APA Sport
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək

İyunun 29-30-da çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə yeniyetmə (U17) oğlanlar arasında qaliblər müəyyənləşəcək.
Növbəti gün isə kişilər və yeniyetmə qızlar qum üzərində güclərini sınayacaqlar.
Su İdmanı Sarayı yaxınlığında yerləşən Avropa Oyunları Parkında (EGP Arena) təşkil ediləcək yarışda görüşlər hər gün 10:00-da başlayacaq.
Qeyd edək ki, çempionatın təşkilində məqsəd çimərlik güləşi üzrə yığma komandanın heyətini formalaşdırmaqdır.