Futbol · APA Sport
“Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB

İspaniyanın “Barselona” klubu “Qalatasaray”la keçiriləcək qarşılaşmada əsas heyətin bir sıra futbolçularına istirahət verə bilər.
Apasport.az xəbər verir ki, bu barədə İspaniyanın “AS” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Kataloniya təmsilçisinin sıx oyun təqvimi baş məşqçini heyətdə dəyişikliklər etməyə məcbur edə bilər.
“Barselona” 15 gün ərzində Fransanın PSJ, İspaniyanın “Real”, “Betis” və “Xetafe” klubları ilə qarşılaşacaq. Bu səbəbdən “Qalatasaray”la görüşdə ehtiyat futbolçulara şans verilməsi ehtimal olunur. Qeyd edək ki, “Qalatasaray” – “Barselona” matçı oktyabrın 13-də UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində İstanbulda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.