Futbol · APA Sport
Seneqal millisinin üzvü “Yuventus”da - RƏSMİ

“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Tottenhem"dən Pape Matar Sarrı transfer edib.
Bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 23 yaşlı yarımmüdafiəçi 1 illik icarəyə götürülüb.
Müqavilədə 30 milyon avroluq satınalma bəndi də yer alıb.
Qeyd edək ki, "Tottenhem" Seneqal millisinin üzvünü 2021-ci ildə "Metz"dən 17 milyon avro qarşılığında heyətinə qatıb.