Döyüş İdmanı · APA Sport
Azərbaycan boksçuları Qazaxıstanda keçirilən turnirdə üç medal qazanıblar

Qazaxıstanın Aktau şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, yarışda məşqçi Elbrus Rzayevin rəhbərliyi altında çıxış edən Azərbaycanın U-23 millisi üç medal qazanıb.
Komandanın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) gümüş, Zidan Hünbətovla (55 kq) Əli Abdullayev (65 kq) bürünc mükafata yiyələniblər.