Digər · APA Sport
I Liqada klubunu dəyişdi - RƏSMİ

Futbol üzrə Azərbaycan I Liqa təmsilçisi "Xankəndi" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda Kristian Kamta Fokunu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 22 yaşlı kamerunlu futbolçu 2025/26 mövsümündə Azərbaycanın digər klubu "Difai"də forma geyinib.