İdman24
Futbol · APA Sport

Abşeronda ağır qəza: Futbolçular öldü

Abşeronda baş verən ağır yol qəzasında iki futbolçu həyatını itirib.

Lent.az -ın məlumatına görə hadisə Lökbatan–Qobu yolunda qeydə alınıb.

Hüseynov Rauf Ədalət oğlunun idarə etdiyi "Toyota" markalı minik avtomobili ilə Ağaverdiyev Mais Ağahüseyn oğlunun idarə etdiyi "QAZel" markalı yük avtomobili toqquşub.

Nəticədə R.Hüseynov və sərnişini Sultanov Bəhruz İlham oğlu hadisə yerində ölüb. Yük avtomobilinin sürücüsü M.Ağaverdiyev isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, hər iki mərhum "Qobu" futbol klubunun oyunçusu olub.

Həlak olanlardan Rauf Hüseynov eyni zamanda futbol məşqçisi kimi də fəaliyyət göstərib.

Orijinal mənbə

İdman24 əsas səhifə