Formula 1 · F-1.az
Kimi Antonelli: Uğura olan həvəs daha da güclənib

Kimi Antonelli dünən axşam Milandakı “San Siro” stadionunda futbol matçını izləyib. UEFA Millətlər Liqası çərçivəsində keçirilən oyunda İtaliya və Fransa yığmaları üz-üzə gəlib. O, xüsusi qonaqlar üçün ayrılmış lojada görünərək televiziya kameralarının obyektivinə tuş gələndə, tribunaları dolduran 70 mindən çox azarkeş 2026-cı ilin dünya çempionunu ayaqüstə alqışlarla qarşılayıb.