İdman24
Futbol · Report İdman

FIFA danışılmış oyunlar barədə anonim bildiriş üçün xüsusi platforma yaradıb

İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri 2027-ci ilin dövlət büdcəsi Bakı 16° C USD - 1.700 EUR - 1.864 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika FIFA danışılmış oyunlar barədə anonim bildiriş üçün xüsusi platforma yaradıb Futbol 19 noyabr, 2026 13:19 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

FIFA referilərə və futbolçulara danışılmış oyunların təşkili cəhdləri, eləcə də yarışların dürüstlüyünə təhlükə törədən digər pozuntular barədə anonim bildiriş göndərməyə imkan verən xüsusi platformanı istifadəyə verib.

"Report" un qurumun rəsmi saytına istinadən məlumatına görə, bu mexanizm FIFA-nın bayrağı altında keçirilən bütün turnirlərin oyunçuları və matçların rəsmi şəxsləri üçün nəzərdə tutulub.

İstifadəçilər beynəlxalq federasiyanın yarışlarının dürüstlüyünün qorunması ilə məşğul olan xüsusi bölməsinə birbaşa müraciət edə biləcəklər. Məlumatların ötürülməsi üçün 3 vasitə müəyyənləşdirilib: elektron poçt, SMS və saytdakı xüsusi forma. Bununla yanaşı, müraciət edənlərə anonimliyin saxlanılmasına zəmanət verilir.

Yeni kanalın mövcudluğu barədə futbolçulara və hakimlərə yarışlar başlamazdan əvvəl təşkil olunan iclaslarda məlumat veriləcək. Bundan əlavə, iştirakçılara informasiya materialları paylanacaq, xüsusi plakatlarda isə mesaj göndərmə sisteminə daxil olmağa imkan verən QR-kodlar yerləşdiriləcək.

Yeni sistemin mümkün pozuntular barədə xəbər verməyə mane olan əngəlləri - məlumatın ötürülməsi ilə bağlı çətinlikləri və məxfiliyin qorunması ilə əlaqədar narahatlıqları aradan qaldırmağa imkan verəcəyi bildirilib.

Bundan başqa, sosial şəbəkələrdəki təhqiramiz ifadələr, təqiblər və hədələr barədə də məlumat vermək imkanı nəzərdə tutulub. Futbolçuların bu cür müraciətləri FIFA-nın yarış iştirakçılarını internetdəki təhqirlərdən müdafiə edən xidməti tərəfindən istifadə olunacaq.

Bununla belə, danışılmış oyunların təşkili cəhdləri barədə bildiriş vermək öhdəliyi əvvəllər də mövcud olub. FIFA-nın reqlamentlərinə əsasən, futbolçular, hakimlər, klub nümayəndələri və digər rəsmi şəxslər matçların nəticələrinin mümkün manipulyasiyası ilə bağlı istənilən təklif və ya məlumat haqqında beynəlxalq federasiyanı dərhal xəbərdar etməlidirlər.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.864 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 01:45 Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub Digər ölkələr 01:19 Braziliya Prezidenti beşgünlük iş həftəsinə keçidlə bağlı fərmanı imzalayıb Digər ölkələr 00:50 Foto Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib Xarici siyasət 00:35 Foto Video Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var Hadisə 00:26 Tbilisidə partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb, axtarış-xilasetmə başa çatıb Yenilənib-6 Region 00:19 Tramp: İranla bağlı qərar qəbul etməkdə tələsmirəm Digər ölkələr 00:05 Qarakənd faciəsindən 35 il ötür Daxili siyasət 00:00 Ağdamın işğaldan azad olunmasından 6 il ötür Daxili siyasət 23:56 Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə