İdman24
Digər · APA Sport

Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

Güllə atıcılığı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidməti açıqlayıb.

Beş gün davam edən çempionatda ölkənin müxtəlif bölgələrini təmsil edən 102 idmançı tapança və tüfəng növləri üzrə fərdi və qarışıq komanda yarışlarında qüvvələrini sınayıb. Yarış proqramı üzrə ümumilikdə 160 start qeydə alınıb.

25 metr məsafəyə tapançadan atəşaçma

50 metr məsafəyə tüfəngdən 3 mövqedə atəşaçma

50 metr məsafəyə tapançadan atəşaçma

10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma

10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma

10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma

10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma üzrə qarışıq komanda yarışı

1. Hacı Musayev / Xanna Əliyeva

2. Oleq Kerjankin / Xalidə Əliyeva

3. Nigar Nəsirova / Ruslan Lunyov

10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma üzrə qarışıq komanda yarışı

1. Ramiz Xəlilov / Jalə Bayramova

2. Zahid Sofiyev / Nigar Ramazanova

3. Əliməmməd Hüseynov / Elvina Əfsanə

Qeyd edək ki, AAF və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Kompleksində keçirilən çempionatın sonunda mükafatçılar medal, diplom və kuboklarla təltif olunublar. Ölkə çempionatı həm milli komandanın heyətinin formalaşdırılması, həm də idmançıların qarşıdakı beynəlxalq yarışlara hazırlıq səviyyəsinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Orijinal mənbə

İdman24 əsas səhifə