Kurban Berdıyev: “Onu transfer etdiyimizə görə şadıq”

Misli Premyer Liqasının I turunda "Turan Tovuz" "Qəbələ"ni məğlub edib - 1:0.
Apasport.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
"Çempionatın ilk oyunu hər zaman çətin keçir. Şadam ki, qələbə qazandıq. Çox vacib qələbə oldu".
- Tavareşin uzun müddət zədədən sonra start heyətində olmağı və yeni transfer Balau haqda düşüncələriniz?
- Komandaya yaxşı adaptasiya oldular hər ikisi də. Balaunu transfer etdiyimizə görə şadıq. Tavareş də bu gün başqa səviyyədə oyun göstərdi. Bu da rəqabətin güclü olacağından xəbər verir.
- 90 dəqiqə ərzində 2 futbolçunuz zədələndi. Bu təlim-məşq toplanışının ağır keçməsindən xəbər verir?
- Hər iki zədə də fiziki təmasla bağlı oldu. Siz necə düşünürsünüz, bu təlim-məşq toplanışı ilə bağlı ola bilərmi?