Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb

İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Azərbaycanda Konstitusiya Günü Bakı 12° C USD - 1.700 EUR - 1.883 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Azərbaycanda Konstitusiya Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb Fərdi 12 noyabr, 2026 12:48 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında, həmçinin Seneqalın paytaxtı Dakarda təşkil olunan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandaların üzvləri, məşqçilər və federasiyanın rəsmiləri ilə görüşüb.
Bu barədə "Report" a federasiyadan məlumat verilib.
Görüş zamanı beynəlxalq yarışların nəticələri, Azərbaycan güləşinin dünya arenasında mövqeyi, idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qarşıdakı hədəflər ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğı, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi və müasir idman infrastrukturunun yaradılması beynəlxalq arenada idmançılarımızın uğurlarına geniş imkanlar açıb.
Dünya çempionatında beşinci dəfə qızıl medal qazanan Eldəniz Əzizlinin Azərbaycan güləşi tarixində yeni nailiyyətə imza atması xüsusi qeyd olunub. Sənan Süleymanovun isə 15 illik fasilədən sonra Olimpiya çəkisində dünya çempionu titulunu ölkəmizə qazandırması milli güləş məktəbinin növbəti uğuru kimi dəyərləndirilib.
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında oğlanlardan ibarət milli komandamızın 2 qızıl və 1 gümüş medal qazanaraq komanda hesabında birinci yer tutması da Azərbaycan güləşinin beynəlxalq arenadakı uğurlarının davamlı xarakter aldığını nümayiş etdirir.
Mikayıl Cabbarov idmançıları, məşqçiləri və federasiyanın müvafiq strukturlarının nümayəndələrini əldə olunan mühüm nəticələr münasibətilə təbrik edib. Qarşıdakı dövrdə hazırlıq prosesinin daha da gücləndirilməsinin, idmançıların rəqabət qabiliyyətinin yüksəldilməsinin vacibliyi diqqətə çatdırılıb. Xüsusilə iki ildən sonra keçiriləcək növbəti Yay Olimpiya Oyunlarına hazırlığın indidən sistemli və məqsədyönlü şəkildə qurulmasının, olimpiya hədəflərinə uyğun strategiyanın müvəffəqiyyətlə həyata keçirilməsinin önəmi vurğulanıb.
Görüşdə Azərbaycan güləşinin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi və mövcud uğurların davamlılığının təmin edilməsi istiqamətində işlərin ardıcıl şəkildə həyata keçirilməsi yönündə tədbirlər qeyd olunub.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.883 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 12° C Son xəbərlər 02:35 Foto Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə aparıb Xarici siyasət 02:13 Azərbaycan Avropaya qaz ixracını artıracaq Energetika 02:09 Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq Energetika 02:02 Foto İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - Yenilənib Xarici siyasət 01:41 Millətlər Liqası: İtaliya Fransanı məğlub edib, Türkiyə qələbəni əldən verib Komanda 01:27 Harri Keyn İngiltərə millisində oyun sayına görə rekord müəyyənləşdirib Futbol 01:17 Foto Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb Xarici siyasət 01:15 Vaşinqtonda atışmanın təfərrüatları məlum olub Digər ölkələr 00:46 Avropa İttifaqı Naxçıvan dəmir yolu layihəsi üzrə qiymətləndirməni tezliklə yekunlaşdıracaq İnfrastruktur Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.