"DH Volley"in baş məşqçisi Durval De Santana Nunyes: "Çelenc Kubokunda hər matça final kimi yanaşmalıyıq"

İlham Əliyev Zəfərə gedən yol Bakı 18° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "DH Volley"in baş məşqçisi Durval De Santana Nunyes: "Çelenc Kubokunda hər matça final kimi yanaşmalıyıq" Komanda 05 noyabr, 2026 12:13 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Qadınlardan ibarət "DH Volley" klubunun CEV Çelenc Kubokunda əsas hədəfi hər matça final kimi yanaşaraq mümkün qədər irəli getməkdir.
Bunu "Report" a açıqlamasında komandanın braziliyalı baş məşqçisi Durval De Santana Nunyes deyib.
Mütəxəssis Danimarkada "Holte"yə 3:1 hesabı ilə qalib gəldikləri ilk matça toxunub:
"Düşünürəm ki, yüksək taktiki hazırlıq nümayiş etdirdik. Lakin balanslaşdırılmış taktiki strategiyanı reallaşdırmaq üçün onu texniki dəqiqliklə icra etmək mütləqdir. Xüsusilə servislə başlayan və əks-hücum imkanlarına keçidlə davam edən müdafiə sistemimizi vurğulamaq istəyərdim. Bu, qələbəmizdəki əsas amillərdən biri oldu. Anlayırıq ki, mübarizə iki oyunda da başa çata və ya ehtiyac yaransa, "Qızıl set"ə də qala bilər. Buna görə də belə həlledici məqamda psixoloji dözümlülük və təzyiqin öhdəsindən gəlmək vacibdir. Növbəti oyuna diqqətli yanaşmalıyıq".
O, rəqibin Bakıda daha aqressiv oyun nümayiş etdirəcəyini vurğulayıb:
"Holte" matç ərzində bir neçə əvəzetmə və dəyişiklik edir. Biz bunu Danimarkada gördük. Oyunun sonuna yaxın start heyəti ilə müqayisədə meydanda 5 fərqli voleybolçu var idi. Bu fakt onların nə dərəcədə çevik olduğunu aydın göstərir. Ona görə də ehtimal edilən dəyişiklikləri gözləyirik və oyun zamanı müxtəlif situasiyalara uyğunlaşmağa hazırıq".
Durval De Santana Nunyes zədə problemi və fiziki durum haqqında danışıb:
"Təəssüf ki, ilk oyunda ciddi itki ilə üzləşdik – mərkəz blokçularımızdan biri zədələndi və növbəti matçda komandaya kömək edə bilməyəcək. Bundan əlavə, nisbətən məhdud heyətə malikik. Buna görə də fiziki yükün idarə olunması və voleybolçuların oyuna mümkün olan ən yaxşı fiziki formada çıxmasını təmin etmək üçün onlara diqqət göstərilməsi hazırlıq prosesində əsas prioritetlərimizdən olub".
Baş məşqçi azarkeşlərin dəstəyinin vacibliyini bildirib:
"Əlbəttə, iddiamız yüksəkdir. Mümkün qədər irəli getmək istəyirik. Ən vacib məqam hər oyuna final kimi yanaşmaq və hazırlaşmaqdır. Doğma meydan, azarkeşlərimizin yanımızda olması kimi üstünlüklərimiz var. Bu üstünlükləri meydanda real fərqə çevirməli və azarkeşlərimizin enerjisindən əlavə motivasiya kimi istifadə etməliyik".
Qeyd edək ki, "DH Volley" - "Holte" görüşü bu gün, saat 18:00-da Fövqəladə Hallar Nazirliyinin Bakıdakı idman zalında start götürəcək.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 18° C Son xəbərlər 12:35 Lotereya və mərc oyunçuları 500 manatdan çox uduşlara görə vergi ödəməyəcək Biznes 12:34 Harri Keyn "Bavariya" ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər uzadıb Futbol 12:34 Turqay Türkyılmaz: "Türkiyə tarixinin ən yüksək balıq istehsalı həcminə nail olunub" ASK 12:32 Himalay Məmişov: "Azərbaycanda sosialyönümlü xərclər 2023–2027-ci illərdə 30 % artıb" Maliyyə 12:31 BMT rəsmisi: Dövlət institutlarına inamın artırılması olduqca mühüm məsələdir Xarici siyasət 12:29 Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb Media 12:26 DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxlayıb Hadisə 12:26 Sabah yağış yağacaq - Proqnoz Ekologiya 12:23 Mingəçevir su anbarında qəfəs tipli təsərrüfatlar formalaşdırılır ASK Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.