Futbol · APA Sport
İngiltərə millisinin üzvü “Arsenal”da - RƏSMİ

İngiltərə millisinin müdafiəçisi Ezri Konsa “Arsenal”a keçib.
Apasport.az xəbər verir ki, London klubu “Aston Villa”nın futbolçusunun transferini rəsmən açıqlayıb.
“Topçular” bu keçid üçün Birmingem təmsilçisinə 50+5 milyon funt sterlinq ödəyəcək.
28 yaşlı müdafiəçi 2019-cu ildən “Aston Villa”nın formasını geyinirdi. O, komandasnın heyətində ümumilikdə 286 matç keçirib.