Futbol · APA Sport
Premyer Liqa klubunda yeni təyinat - RƏSMİ

“Kristal Pelas”ın baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, komanda bu posta Tomas Frankın gətirildiyini açıqlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Frank bu postda bir neçə gün əvvəl istefaya göndərilən Pyer Sajı əvəzləyib.
Qeyd edək ki, “Kristal Pelas” çempionatda 7 xalla 20-ci sırada qərarlaşıb.