Futbol · APA Sport
DÇ-2026: Pley-off başlayır: CAR Kanadaya qarşı - YENİLƏNİR

2026-cı il dünya çempionatında bu gün 1/16 final mərhələsinə start veriləcək.
Apasport.az xəbər verir ki, pley-offun ilk qarşılaşmasında Cənubi Afrika Respublikası və Kanada milliləri üz-üzə gələcək.
A qrupunun qalibi olan Cənubi Afrika Respublikası B qrupunun ikincisi Kanadanı sınağa çəkəcək.
Qarşılaşmanın qalibi 1/8 finalda Niderland - Mərakeş cütünün güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, oyun bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
DÇ-2026 1/16 final 28 iyun 23:00 Cənubi Afrika Respublikası – Kanada