İdman24
Futbol · Report İdman

Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim

İlham Əliyev UEFA Çempionlar Liqası Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi Bakı 8° C USD - 1.700 EUR - 1.861 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev UEFA Çempionlar Liqası Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Digər Mədəniyyət Dünya Analitika Multimedia LongRead Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Futbol 26 noyabr, 2026 00:29 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində "Barselona"ya qarşı keçirdikləri matçda futbolçularının üzləşdiyi çətinlikləri anladığını bildirib.

"Report" xəbər verir ki, litvalı mütəxəssis bunu oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, qarşılaşmaya yaxşı başladıqlarını və ilk hissədə rəqibə boş zonalar verməməyə çalışdıqlarını bildirib:

"Oyundan əvvəl də bildirmişdim ki, əlimizdən gələnin ən yaxşısını etməliyik və bu matçda meydanda maksimum gücümüzü ortaya qoymalıyıq. Qarşılaşmaya kifayət qədər yaxşı başladıq. İlk hissədə rəqibə boş zonalar verməməyə çalışırdıq.

Mən meydanın kənarında, oyuna ən yaxın məsafədə dayanan şəxsəm. Onların topu necə ötürdüklərini, necə hərəkət etdiklərini və topun hansı sürətlə irəlilədiyini görürdüm. Futbolçularımın meydanda nələr yaşadığını, boşluqları bağlamaq və rəqib oyunçuları qarşılamaq üçün nə qədər güc sərf etdiklərini təsəvvür edə bilirdim".

Baş məşqçi görüş ərzində bir neçə qol epizodları yaratdıqlarını söyləyib:

"Təbii ki, bizim də qol imkanlarımız olacaqdı. Heç bir komanda meydana məğlub olmaq niyyəti ilə çıxmır. Standart vəziyyətlərdən bir neçə qol imkanı yaratdıq. Ancaq bu, kifayət etmədi. Mövqeli hücumlar zamanı isə demək olar ki, heç nə edə bilmədik. Bununla belə, müsbət məqamlar da az deyil. Onlardan nəticə çıxara və gələcəkdə yerli çempionatın oyunlarında istifadə edə bilərik".

Qeyd edək ki, "Sabah" – "Barselona" matçı İspaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Foto Məhəmməd Ağayev Sosial şəbəkələrdə paylaşın Kopyalandı Валдас Дамбраускас: В первом тайме мы старались не давать сопернику свободных зон --> --> --> --> --> USD - 1.700 EUR - 1.861 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 8° C Son xəbərlər 00:42 Foto Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Daxili siyasət 00:29 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Futbol 00:10 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Futbol 23:59 Ukraynanın FREYJA raketdən müdafiə sisteminin ilk prototipləri bu qış hazırlanacaq Digər ölkələr 23:45 "Bayer" xərçəngə qarşı eksperimental preparatın hüquqlarını 3,25 milyard dollara alır Digər ölkələr 23:44 Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək Digər ölkələr 23:43 Monteneqro 2028-ci ildə Aİ-yə üzv olmağı hədəfləyir Digər ölkələr 23:40 CEV Çempionlar Liqası: "Turan" komandası qrupdakı ilk oyunda məğlub olub İdman 23:36 Qaradağda palçıq vulkanı püskürüb Hadisə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə