Basketbol · APA Sport
ABŞ-li müdafiəçi “Fənərbaxça”da

Türkiyənin “Fənərbaxça” basketbol komandası heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda amerikalı müdafiəçi Conni Cuzənqlə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, 24 yaşlı basketbolçunun son klubu Rusiyanın “Zenit” komandası olub.