İdman24
Digər · APA Sport

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıb

İordaniyanın paytaxtı Ammаnda keçirilən cüdo üzrə gənclər arasında Asiya Kubokunda Azərbaycan millisinin bütün təmsilçiləri medal qazanıblar.

Apasport.az xəbər verir ki, komandamız ilk yarış gününü 2 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 5 medalla başa vurub.

Gülşən Hüseynova (-48 kq) və Ayan Əliyeva (-63 kq) turnirin qalibi olublar. Gülgəz Musayeva (-48 kq) və Aytən Verdiyeva (-57 kq) gümüş, Çinarə Sadıqova (-52 kq) isə bürünc medal əldə edib.

Azərbaycan yığması qızların mübarizəsində komanda hesabında birinci, ümumi sıralamada isə ikinci yeri tutub.

Qeyd edək ki, beynəlxalq yarışda 19 ölkədən 121 cüdoçu iştirak edir.

Orijinal mənbə

İdman24 əsas səhifə