Fikrət Sideifzadə: "Qadın şahmatçılardan ibarət millinin heyətində dəyişikliyə ehtiyac var"

İlham Əliyev Zəfərə gedən yol Bakı 25° C USD - 1.700 EUR - 1.936 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Fikrət Sideifzadə: "Qadın şahmatçılardan ibarət millinin heyətində dəyişikliyə ehtiyac var" Fərdi 28 sentyabr, 2026 17:16 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Şahmat üzrə Azərbaycanın kişi millisi Ümumdünya Şahmat Olimpiadasında uğurla çıxış etsə də, qadınlardan ibarət yığmanın heyətində yenilənməyə ehtiyac var.
Bunu "Report" a açıqlamasında şahmat mütəxəssisi Fikrət Sideifzadə deyib.
O, kişi şahmatçıların nümayiş etdirdiyi oyunu yüksək qiymətləndirib:
"Kişilər əslində yaxşı oynadılar. Heyətdə iki gənc şahmatçının yer alması çox vacib faktordur. Yarışda ümumilikdə 44 oyundan cəmi ikisində məğlub olublar, bu da kifayət qədər normal göstəricidir. Məhəmməd Muradlı ilə Aydın Süleymanlı möhkəm oyun nümayiş etdirirlər, demək olar ki, uduzmurlar. Əlbəttə, Olimpiadada hələlik medal qazanmamışıq, lakin bu, çox güclü turnirdir".
Ekspert qadın millisinin nəticələrinin zəif olduğunu və heyətin yenilənməsinə ehtiyac duyulduğunu bildirib:
"Qadınların nəticəsi zəifdir. Bu heyətlə artıq 10 ildən çoxdur oynayırlar. Avropa çempionatlarında üç medal qazansalar da, Olimpiadada uğur yoxdur. Yaş faktoru artıq öz sözünü deyir. Gənc şahmatçılar tapıb onların yerini doldurmaq, səviyyələrini qaldırmaq lazımdır. Komandaya daha çox enerjisi, motivasiyası olan və nəticəyə can atan gənclər gəlməlidir".
F.Sideifzadə bəzi şahmatçıların əvvəlki formalarında olmadığını vurğulayıb:
"Bəzi şahmatçılarımız əvvəlki güclərini göstərə bilmirlər. Bir vaxtlar Günay Məmmədzadə çox yaxşı, təzyiqlə oynayırdı. İndi isə bəzi səbəblərə görə formadan düşüb. Gülnar Məmmədova kifayət qədər yaxşı səviyyədə çıxış etsə də, medal qazanmaq üçün bu bəs etmir. Turnirdə Qazaxıstan, Hindistan, Çin, ABŞ kimi güclü rəqiblər var. Hətta Qazaxıstan ikinci yeri tutdu. Qadın millimizin nəticələrinin səbəbləri təhlil olunmalıdır".
Qeyd edək ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət komandası yarışı 17 xalla beşinci pillədə başa vurub. Qadınlardan ibarət kollektiv isə 15 xalla 16-cı yeri tutub.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.936 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 18:29 Gədəbəy rayonuna icra başçısı təyin olunub Daxili siyasət 18:28 Naftalan şəhərinə icra başçısı təyin edilib Daxili siyasət 18:28 Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub Daxili siyasət 18:24 Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb Hadisə 18:23 Foto Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib Sosial müdafiə 18:15 Böyük Britaniyadakı Azərbaycan tələbə təşkilatları parlamentarilərə Anım Günü ilə bağlı müraciət ünvanlayıblar Diaspor 18:11 Yuri Qusev ukraynalı uşaqlara dəstəyə görə Azərbaycana təşəkkür edib Xarici siyasət 18:10 Foto Azərbaycan çay mədəniyyəti Brüsseldə keçirilən beynəlxalq festivalda təqdim olunub Xarici siyasət 18:09 Foto Füzulidə "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri öncəsi sakinlərlə görüş keçirilib Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.