İdman24
Basketbol · APA Sport

Şengündən möhtəşəm start, “Leykers” və “Klippers”dən qələbə – NBA-da gecənin nəticələri

NBA-da 2026/27 mövsümünün növbəti oyunları keçirilib.

Apasport.az xəbər verir ki, Türkiyə millisinin basketbolçusu Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” doğma meydanda “Dallas Maveriks”i 128:110 hesabı ilə məğlub edib.

Şengün yeni mövsümə “dabl-dabl”la başlayıb. Türkiyəli basketbolçu 23 xal, 10 ribaund və 5 məhsuldar ötürmə ilə yadda qalıb. “Hyuston”un heyətində Kevin Durant və Cabari Smit 30 xalla fərqləniblər. Qonaqların ən məhsuldar oyunçusu isə 32 xal toplayan Kuper Fleqq olub.

“Los-Anceles Leykers” öz meydanında “Qolden Steyt Uorriors”a 127:105 hesabı ilə qalib gəlib. Şəhərin digər təmsilçisi “Los-Anceles Klippers” isə “Sakramento Kinqs”i 121:96 hesabı ilə üstələyib.

Gecənin digər görüşlərində “Toronto Reptors” “Çikaqo Bulls”u 43 xal fərqi ilə məğlub edib. “Portlend Treyl Bleyzers” də “Finiks Sans” üzərində böyükhesablı qələbə qazanıb.

“Hyuston Rokets” – “Dallas Maveriks” – 128:110

“Los-Anceles Leykers” – “Qolden Steyt Uorriors” – 127:105

“Los-Anceles Klippers” – “Sakramento Kinqs” – 121:96

“Portlend Treyl Bleyzers” – “Finiks Sans” – 124:83

“Toronto Reptors” – “Çikaqo Bulls” – 135:92

“Mayami Hit” – “Minnesota Timbervulvz” – 106:131

“Memfis Qrizzlis” – “Yuta Caz” – 123:103

“Vaşinqton Uizards” – “Milvoki Baks” – 128:116

“Orlando Mecik” – “Atlanta Houks” – 125:132

“Bruklin Nets” – “Şarlott Hornets” – 103:110

“Yeni Orlean Pelikans” – “İndiana Peysers” – 120:123

Orijinal mənbə

İdman24 əsas səhifə