Yuri Maksimov: “Problemlərimiz var”

Misli Premyer Liqasının XIII turunun “Sabah” – “Araz-Naxçıvan” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Yuri Maksimov jurnalistlərin suallarını cavablandırıb.
Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:
"Çempionlar Liqasında mübarizə aparan komandaya qarşı oynamaq xoşdur. Bilirdik ki, çətin qarşılaşma olacaq. Problemlərimiz var. Komandamız hələ komplektləşməyib, heyətdə itkilərimiz var. Futbolçular meydanda əllərindən gələni etməyə çalışdılar".
– “Araz-Naxçıvan” nə vaxt qələbə qazanacaq? – Biz də bunu istəyirik.
– Qış fasiləsində nə qədər transferə ehtiyac var? – Konkret say deyə bilmirəm. Hər bir halda, nəsə etməyə çalışacağıq.
– Növbəti iki oyun da çempionluq uğrunda mübarizə aparan komandalar qarşı olacaq. Həmin matçlarda hədəfiniz nədir? – Meydana çıxıb oyunumuzu oynayacağıq. Futbol elədir ki, bəzən alınır, bəzən alınmır.