Elvin Məmmədov: "Hazırkı U-15 millisi gələcəyin ən güclü Azərbaycan yığması ola bilər"

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 18° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Elvin Məmmədov: "Hazırkı U-15 millisi gələcəyin ən güclü Azərbaycan yığması ola bilər" Futbol 26 oktyabr, 2026 15:04 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırkı U-15 millisi gələcəyin ən güclü Azərbaycan yığması ola bilər.
Bunu "Report" a açıqlamasında "Neftçi"nin U-17 komandasının baş məşqçisi Elvin Məmmədov deyib.
Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalında çıxış edən U-15 yığması ilə bağlı fikirlərini bölüşüb:
"Doğrusu, açılış matçı istisna olmaqla, digər oyunları izləmək şansım olmayıb. Yığmamıza uğurlar arzu edirəm. Bu, gələcəyimizin milli komandasıdır. Onların yaxşı futbol oynaması gələcəyə nikbin baxmağa zəmin yaradır. Özüm U-17 komandası ilə çalışıram və gedişatı bilirəm. Düşünürəm ki, Azərbaycan üçün gələcəyin ən yaxşı milli komandası gəlir. Təbii ki, qarşıdakı keçid dövrünü uğurla adlamaq lazımdır. "Neftçi"dən 6 futbolçu yığmanın şərəfini qoruyur. Həm onlar, həm də digərləri çox potensiallı oyunçulardır".
Elvin Məmmədov sözügedən futbolçuların gələcəkdə böyük klublarda çıxış edəcəyinə ümid edir:
"Ümid edək ki, futbolçularımız skautlar tərəfindən bəyəniləcəklər və karyeralarını ölkə xaricində davam etdirəcəklər. Təbii ki, Azərbaycan futbolu üçün çox önəmli hadisədir. İstərdik ki, onlar futbolçu kimi Avropanın aparıcı komandalarının akademiyalarında yer alsınlar".
Xatırladaq ki, U-15 millimiz yer aldığı AF qrupunda Timor-Leste yığmasını 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано Эльвин Мамедов: Сборная U-15 может стать сильнейшей в истории азербайджанского футбола --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 18° C Son xəbərlər 15:37 Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir Xarici siyasət 15:35 Azərbaycan Əlcəzairlə neft-kimya məhsullarının ticarətini müzakirə edib Energetika 15:32 Azərbaycan tomat ixracından gəlirini 10 %-ə yaxın artırıb Biznes 15:30 Qusev: Azərbaycan "Həmrəylik enerjisi" çərçivəsində Ukraynaya 20-yə yaxın generator verib Xarici siyasət 15:25 Prezidentin köməkçisi: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir Digər 15:19 Hikmət Hacıyev: İrana hücum edəcək İsrail qüvvələrinin ölkəmizdə olması ilə bağlı CNN-in xəbəri yalan idi Media 15:17 Foto İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub Daxili siyasət 15:17 Qarabağ və Şərqi Zəngəzurda 100-dən çox kənd və qəsəbənin ərazi planlaşdırılması başa çatdırılıb İnfrastruktur 15:15 Azərbaycan Seneqalla enerji sahəsində əməkdaşlığı müzakirə edib Energetika Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.